"FC Barcelona"nın rəsmi təkər tərəfdaşı olan "Lassa" tərəfindən çəkilən reklam filmi Türkiyə və dünyada eyni anda yayımlandı. Gerard Piqué, Luis Suárez, Neymar Jr.Ivan Rakitić kimi ulduz oyunçular, Lassa təkərləri ilə məşq edərkən, Arda Turanın dözümlülüyü və qabiliyyəti də test edilir. Reklamda, FC Barcelonanın çətin matçlara hazırlandığı məşq prossesi və oyunçuların bir-biriylə yarışması yer alır.



Komandaya yeni qatılan bir oyunçu olaraq, Arda Turan məşqi bitirdikdən sonra sahəni tərk edərkən: Gerard Pique, Ardaya "Mən gedə bilərəm sən qalacaqsan" deyə zarafat edərək, Ardanı bu çətin şərtlərdə daha çox çalışması üçün təşviq edir. Arda Turan, bu çətin məşq əsnasında komanda yoldaşlarına həm qabiliyyətini həm də dayanıqlılığını bir daha sübut edir. "Lassa"nın yeni reklam filmi, Türkiyədəki televiziya kanallarında və "Eurosport"un peyki vasitəsilə birbaşa yayımlanaraq 54 ölkədə izlənilir.