Şəkildəki dünyanın ən ucuz ağıllı telefonudur: Freedom 251! "Freedom"ın Azərbaycanca qarşılığı "Azadlıq" deməkdir. 251 isə Hindistan Rupisi ilə satış qiymətidir. Yəni 5.70 AZN. Telefonun 251 Rupiyə satılmasına baxmayaraq cihazın əsl satış qiyməti 1700 Rupidir (38.70 manat). Qalan pulu dövlət ödəyəcək. Yəni, nə qədər telefon satılsa dövlət həmin telefonu istehsal edən şirkətə hər cihaza görə 1449 Rupi (33 AZN) ödəmə edəcək.




Telefonun texniki göstəriciləri:



Android 5.1 əməliyyat sistemi
4-düym (960x540) IPS LCD ekran
4 nüvəli prossesor
1GB RAM
8GB daxili yaddaş (+microsd)
3.2 MP arxa kamera, VGA ön kamera
3g, Wi-Fi, BT, GPS
Cüt SIM
1450 mAh batareya