"Super Bowl"da diqqət cəlb etmək istəyən markalar arasındakı çəkişmə inanılmaz dərəcəyə çatdı. Bu il 30 saniyəlik bir reklama 5 milyon dollar qədər bir qiymət biçildiyini düşünsək kampaniyaların ortaya qoyduğu işlər olduqca əhəmiyyətli görünür. 50-ci "Super Bowl"dakı ən yaxşı 4 reklamı Sizlərə təqdim edirik:
4. Budweiser – Give a Damn
Budweiser, vermək istədiyi əhəmiyyətli mesaj üçün böyük bir ulduz seçib. Aktrisa Helen Mirren, oynadığı pivə reklamında spirtli içki qəbul edərkən avtomobil idarə etməyə qarşı çıxır.
3. Honda – A New Truck to Love
"Honda"nın Ridgeline pickupını tanıtdığı reklam filmində, bir qoyun xoru, "Queen"in hit mahnısı "Somebody to Love"ı səsləndirir. Əyləncəli bir şəkildə çoban iti də "Freddy Mercury"ni səsləndirir.
2. No More – Text Talk
No More, ailə içi şiddət və istismarın əhəmiyyətini sadə bir şəkildə izah etməyi bacarıb. Reklam, Super Bowl əsnasında iki yoldaş arasında keçən söhbəti əks etdirir. Jess, oğlan dostunun "qəribə ruh hallarından birində" olması səbəbiylə partiyə gələ bilmədiyini yazır. Digər yoldaşı da onun üçün narahatlıq keçirərkən, Jess yaxşı olub-olmadığı sualına cavab verə bilmir. Reklam verilən nömrəyə mesaj atılaraq yardım alına biləcəyi haqqında məlumatlandırıcı bir mərhələdə sona çatır.
1. Mountain Dew – #PuppyBabyMonkey
Mountain Dew, Super Bowl üçün taktiki olaraq qəribə bir reklam kampaniyası hazırlayıb. Reklamda yarı meymun yarı körpə bir varlıq davamlı olaraq "puppymonkeybaby" deyərək matç izləyən gənclərin qarşısında müxtəlif akrobatik hərəkətlər edir. "Twitter"da #PuppyMonkeyBaby həştəqinin məşhur olmasına baxsaq, etdiyi strategiyanın işə yaradığı görünür.