Bütün dünyanı və xüsusilə reklam və marketinq aləminin diqqətinin yönəldiyi "Super Bowl" matçında "Türk Hava Yolları", rəqiblərinə ciddi bir fərq açaraq ən çox danışılan kampanyalardan birinə imza atdı. Təqdim olunan iki reklam filmində THY, sponsorlarından biri olduğu və Mart ayında yayımlanacaq olan "Batman vs. Superman" filminə göndərmə edərək yeni eniş nöqtələrini təqdim edir.
Bu eniş nöqtələri də təxmin edildiyi kimi Batman (Bruce Wayne) və Supermanin (Clark Kent) məmləkətləridir. Reklam filmində Gotham Grubunun "CEO"su Bruce Wayne şəhərin köhnə günlərinə dönəcəyini söyləyərkən, digər mövqeydə Lex Luthor bir şərh verir. Bundan əlavə Gotham və Metropolis üçün xüsusi bir mikro sayt da açıldı. Burada şəhər haqqında məlumat, şəkil və xəritə kimi detallar yer alır.