Rusiya agentliyi "BBDO Moscow" Şərqi Avropada Pepsi üçün yeni reklam kampaniyası təqdim etdi. Reklam kampaniyası "Life is a moment. Live it" ("Həyat - Bu andır. Onu yaxala") adlanır. Yeni reklam kampaniyasının yayımı 10 ölkədə baş tutub: Rusiya, Polşa, Ukrayna, Türkiyə, Macarıstan, Malta, Bolqarıstan, Çexiya, Xorvatiya və Sloveniya.



Agentlik yayım üçün layihədə yer alan real qəhrəmanların iştirak etdiyi "Manifesto" adlı reklam çarxı təqdim etdi. Reklam çarxı bir sıra sənədli film şəklindədir. Layihə üzərində iş zamanı agentlik müxtəlif ölkələrin istehlakçılarının xüsusiyyətlərini nəzərə aldı. Reklam çarxları 10 dildə tərcümə olunaraq "Pepsi"nin rəsmi "YouTube" kanalında yerləşdirildi. Həmçinin TV-də, Facebook, Instagram və ВКонтакте kimi sosial şəbəkələrdə də yayımlandı. Reklam çarxı qəhrəmanların gündəlik həyatından olan müxtəlif anları əks etdirir. Çəkilişlər 9 gün ərzində Moskva şəhərində baş tutub.



60 saniyəlik reklam çarxları və sosial şəbəkələr üçün "Şəfəq Vaxtı" musiqisini Rusiyalı DJ Pavel Milyukov təqdim edib. 30 saniyəlik TV versiyası üçün olan "Right Here Right Now" soundtrackini isə musiqiçi Fatboy Slim bəstələyib.