"Türk Hava Yolları" hər səyahətdə sərnişinlərinin yeni bir macərasına, kəşflərinə və xəyallarına ortaq olur. Ortaq olan milyonlarla xəyaldan ilham alaraq həyata keçirilən "Delightful Stories" layihəsi ilə Türk Hava Yolları, hər kəsi yeni xəyallar qurmağa və onları reallaşdırmağa dəvət edir. Layihənin son hekayəsi isə görmə əngəlli professional sörfçü Derek Rabelonun ilham verici macərasından bəhs edir.
Derekın sörfçü olan atası, onu da sörfçü etmə xəyalı qurur. Lakin Derek göz təzyiqi xəstəliyinə görə 100% görmə əngəlli olaraq doğular və atasının xəyalları suya düşür. Bunu 17 yaşında öyrənən Derek, atasının və özünün ortaq xəyalını reallaşdırmağa qərar verir. Əzim dolu bir zamanın ardından bu xəyalı gerçəyə çevirməyi bacarır.
Hekayə, Derekın atasının xəyalını öyrənməsi ilə başlayıb nəhəng dalğalara hökm edən səhnələrlə başa çatır. Çəkilişlər Braziliyanın Rio de Janeiro şəhərində keçirilib. İstifadəçilər delightfulstories.com ünvanında ilham verən hekayələri izləyərkən, eyni zamanda öz hekayələrini paylaşıb layihənin son hekayəsinin qəhrəmanı olmaq şansına da sahib ola bilərlər.
