Sosial media hər birimizin həyatının ayrılmaz bir hissəsinə çevrilib artıq. Günümüzün əksər hissəsini, evdə, işdə, yoldaşlarımızla görüşdə onlara ayırırıq və bu da normal olaraq həyatımızı məhdudlaşdırır. CVC Travel sosial medianın həyatımızı necə məhdudlaşdırdığını gözlər önünə sərən, təsir edici afişalar hazırlamışdır. Art director Jonathan Cruz və mətn yazarı Icaro Augusto imzası daşıyan kampaniyada "The world is outside" mesajı verilir.


