Köhnə fransız və hal – hazırda rusiyalı aktyor Jerar Depardye hələ 2014-cü ildə "CVSTOS" şirkətinin siması olmuşdu. Həmin vaxt aktyor "Rusiyalı olmaqdan qürür duyuram" eksklüziv seriyasını təqdim etməyə başlamışdı. Yeni reklam çarxının əvvəlində isə atəş səsi eşidilir, daha sonra Depardye ölmüş maralın yanında maral ovçuluğunun incəliklərini izah etməyə başlayır.
"Maral ovlamaq üçün ən düzgün zamanı bilməlisən", - deyə aktyor izah edir. Daha sonra o CVSTOS saatlarının köməyi ilə bu işi düz zamanında etdiyini bildirir. "Onun vaxtı gəldi", - deyə aktyor maral haqqında əlavə edir. Özü haqqında isə: "Mən hər zaman dəqiq olacağam", - deyə vurğulayır.
Fransız mətbuatı avropa mətbuatı kimi bu reklamı bəyənmədi. Reklam çarxı yalnız ona görə xoşagəlməz deyil ki, CVSTOS saatları ölü maralın fonunda təqdim olunur, həm də aktyorun təqdim etdiyi məhsulun keyfiyyəti göstərilən fikrə uyğun deyil. Reklam çarxı ciddi bir işdən daha çox əyləncəni xatırladır. GQ jurnalı reklamı "Ürəkbulandıran söz oyunu" adlandırıb. Daha sonra reklam çarxı YouTubedən yığışdırılıb.
