İngiltərənin eks futbolçusu David Beckham növbəti dəfə H&M şirkətinin reklam kampaniyasında yer aldı. Lissabonda çəkilən reklam çarxı şirkətin 2016 yaz-yay kişi geyim kolleksiyasından bəhs edir. Reklam çarxında məşhur futbolçu qaldığı otelden Portuqaliyanın paytaxt şəhəri Lissabonda gəzmək üçün çıxır və görür ki, ətrafdakı hər kəs onun kimi geyinib.



Beckham geyimini yenidən dəyişsə də nəticə dəyişilməz olaraq qalır. "Mən hər zaman H&M çəkilişləri zamanı çox gözəl vaxt keçirmişəm. Onlar həqiqətən də mənim stilimi və yumor hissimi çox gözəl anlayır. Mən böyük məmnuniyyətlə Modern Essential kolleksiyasından olan geyimləri geyindim və reklam çəkilişləri zamanı bundan zövq aldim", - deyə David Beckham bildirib. Reklam çarxına Fredrik Bond rejissorluq edib.