Facebook, ötən ilin dekabr ayında testlərinə başladığı yeni canlı video yayım sisteminin ilk mərhələsini "ABŞ"da yaşayan bütün istifadəçilərin xidmətinə təqdim etdi. Facebook daha əvvəl "Mentions" tətbiqi üzərindən "Periscope"a rəqib ola biləcək bu özəlliyi məşhurlarla etdiyi işlərlə sınamış, daha sonra isə Mentions tətbiqi üzərindən bütün hər kəs üçün açmışdı. Şirkət tərəfindən edilən rəsmi açıqlamada bildirilib ki, "ABŞ"dakı iPhone istifadəçiləri tərəfindən təcrübə ediləcək yeni tətbiq, bir neçə həftə ərzində bütün dünyada aktiv hala gələcək.



Facebook üzərindən canlı yayım etmək üçün lazım olan tək şey isə yenilənmə edərək orada olan "Live Video" ikonuna klik etmək lazımdır. Canlı yayım ərzində yayım sahibi onu izləyənlərin sayını və hansı yoldaşlarının onu izlədiyini görə bilir. Bu canlı yayım əsnasında, yayıma qatılanlar və yayım sahibi ismarıc bölməsindən öz aralarında yazışma imkanına da sahib olur. Facebook təqdim etdiyi bu yenilik ilə "Periscope"a ciddi bir alternativ məhsul təqdim etmiş olur.