Əfsanəvi fotoaparat istehsalçısı Polaroid geri qayıtdı. Ancaq bu dəfə foto aparatla deyil, telefonla. Bir dövrə damğasını vuran, anında foto şəkib çıxardan foto aparatların istehsalçısı Polaroid geri qayıtdı. Şirkət Polaroid PowerSnap adlı iki ağıllı telefon modelini təqdim edib. Telefonların yazda satışa təqdim edilməsi gözlənilir. Polaroid Power modelində 6 düyümlük HD ekran, səkkiz nüvəli prossessor və 3 GB RAM, 13 və 8 magapiksellik iki kamera var.



Həmçinin 32 GB-lıq yaddaşı ilə bərabər, microSD kart dəstəyi də var. "Polaroid Power"ın satış qiyməti 250 dollardır. Polaroid Snap 6, 5,5 və 5 düym kimi üç müxtəlif ölçü ilə istifadəçilərə təqdim ediləcək. 13 megapiksel arxa və 5 megapiksel ön kamerası olan telefon 2GB RAM və 16 GB daxili addaşa malikdir. Polaroid Snap ölçüsünə görə 130 - 180 dollar aralığında qiymətlər ilə satışa təqdim olunacaq.