Asus bazara "ZenFone Go" telefonunu təqdim edib. Xüsusilə, münasib qiyməti ilə diqqət çəkən telefon qiymətinə görə bir çox xüsusiyyətə malikdir. Ağıllı telefonda 4.5 düym böyüklüyündə 854x480p ekran yer alır. "ZenFone Go"nun prosessorunda 1.3gHz tezlik sürətində işləyən dörd nüvəli Mediatek MT6580 mövcuddur.
Telefonun qrafik yükünü isə iki nüvəli Mali 400MP2 həll edir. ZenFone Go ağıllı telefona həmçinin Android 5.1.1 əsaslı ZenUI 2.0 istifadəçi interfeysi, 1GB RAM, 8GB daxili yaddaş, microSD kart dəstəyi, cüt SIM kart dəstəyi, F/2.0 diafraqma aydınlığına malik 5MP arxa kamera, VGA ön kamera, 3GHSPA+, Wifi 802.11 b/g/n, Bluetooth 4.0 və 1.600 mAh tutumlu batareya müşayiət edir. Zenfone Go, qara, ağ, çəhrayı və mavi rənglərdə satışa təqdim olunacaq. Telefonun qiyməti isə sadəcə 80 dollardır.