Danimarkada yerləşən Essencius adlı reklam agentliyi şəkər qamışı ilə dadlandırılan "Coca-Cola Life"ın təqdimatını etdi amma əslində əhalinin yalnız 5%-i bu mesajı görə bildi. Çünki bu mesaj ona baxan bir çox insan üçün yaşıl və qəhvəyi damcılardan ibarət idi. Halbuki mesaj tam da bu damcılar içərisində gizlidir. Kampaniya texniki olaraq rəng korluğu təsbitində istifadə olunan Ishihara adlı bir testdən ibarətdir.
Və normal olaraq yalnız rəng korluğu olan insanlar dizaynın içərisindəki "Life" sözünü görə bilir. Kampaniya təməlində diqqət çəkmə düşüncəsinin yatdığını izah edən "Essencius"dan Brian Orland: "Kampaniya içərisinə yerləşdirdiyimiz gizli mesaj insanların diqqətini cəlb etdi və qarşılıqlı əlaqəni də artırdı" deyib.


