Hollywoodun məşhur aktyoru və prodüseri Jude Law, "Lexus"un The Life RX adlı reklam kampaniyası üçün kamera qarşısına keçdi. Reklam çarxında RX ilə həyatın necə olduğuna, avtomobilin xüsusiyyətlərinə və sürücülük qabiliyyətlərinə vurğu edilir. "Lexus"un TV reklamlarında da rol alan Jude Law, Fransız Rivierasında gəzərkən, bir tərəfdən də İtalyanın Fiuggi bölgəsindəki dağlarda görünür. Yenilənən dördüncü nəsil Lexus RX, ilk dəfə "Frankfurt Motor Show"da göstərilmişdi.