"Samsung"un hər büdcəyə uyğun "Galaxy J" seriyasının son versiyası olacaq "Galaxy J3" haqqında məlumatlar şirkətin Çin internet saytınta yayımlanıb. Ağıllı telefon bazarında "Apple"la rəqabət aparan Cənubi Koreyanın texnologiya nəhəngi Samsung, Galaxy J seriyasına son nümunəsini də əlavə edib. "Samsung"un yeni modeli "Galaxy J3"ün texnoloji özəllikləri isə bunlardır: Gücünü Qualcomm imzalı Snapdragon 410 SoC yaddaş kartından alan "Galaxy J3"də 1GB RAM və 8GB daxili yaddaş var.
720p dəqiqliyində 5 inçlik ekrana malik olan Galaxy J3, 8 meqapiksellik arxa və 5 meqapikselllik ön kameraya sahibdir. Android 5.1.1 Lollipop əməliyyat sistemi ilə çalışacaq Galaxy J3 üçün Android 6.0 yenilənməsinin isə olub-olmayacağı hələ ki, məlum deyil. Super AMOLED əsaslı ekranı olan Galaxy J3 2600 mAh-lıq batareyaya sahibdir. Telefon dört nüvəli və 1.2 GHz tezliyində prossesorla işləyir. 8 GB-lıq daxili yaddaşı olan cihaz 7.9 mm qalınlığındadır.