TrendForce araşdırma şirkətinin hesabatına görə, yeni iPhone modelində 3GB RAM və su keçirməzlik xüsusiyyəti olacaq. "Sony"nin Xperia seriyasında tətbiq etdiyi bu xüsusiyyət kifayət qədər diqqət çəkmiş və satış üçün yaxşı addım olmuşdu. "iPhone 6S" ve "6S Plus"da "Apple"ın 2GB RAM istifadəsi tətbiq performansını yüksəltmiş və tətbiqlərin təkrar açılması problemi həll olunmuşdu. 3GB RAM istifadəsinin bu vəziyyəti daha da yaxşılaşdıracağı gözlənilir. Belə ki, onunla oyun oynayarkən arxadakı tətbiqin bağlanması və s. kimi hallar rahatlıqla həll oluna bilər.
"Apple"ın su keçirməzlik xüsusiyyətini necə həyata keçirəcəyi hələ ki bilinmir, lakin cihazın suya dayanıqlı olan yerinin tamamlilə su keçirməyən formada olması gözlənilir. Apple böyük ehtimalla "iPhone 7" adlandıracağı iPhone modelini 2016-cı ilin Sentyabr ayında rəsmi şəkildə elan edəcək. Apple hər il olduğu kimi öz mobil texnologiyasının ən yaxşı performansı olan versiyasından yeni iPhone modellərində istifadə edəcək. Apple illər sonra 1GB RAM-dan imtina etdi və iPhone 6S modelləri üzerinde 2GB RAM xüsusiyyətindən istifadə etdi. Bəzi mənbələr şirkətin "iPhone 7"nin tablet versiyası olan "iPhone 7 Plus"da 3GB RAM-dan istifadə edəcəyini bildirir. "iPhone 6S" və "iPhone 6S2də istifadə olunan Alüminium 7000 seriyası telefonu kifayət qədər "sağlam" edir, bununla bərabər gələn il çıxması planlaşdırılan modelin daha sağlam və su keçirməz olacağı bildirilir.
Qeyd edək ki, iPhone modellərinin sertifikatı olmasa da, digər modellərə nisbətən suya daha dayanıqlıdırlar. Deyilənlərə görə, iPhone 7 indiyə qədərki ən incə iPhone modeli olacaq. iPhone 7 6.0 - 6.5 mm arası genişlikdə hazırlanacaq. "iPhone 7"nin incəliyi ilə bərabər yeni ekran texnologiyası ilə də seçiləcəyi bildirilir. "iPhone 7" ve "7 Plus"un SanDisk və ya Toshiba tərəfindən hazırlanan sürətli 3D NAND flaş kimi xüsusiyyəti də ola bilər. Hər il olduğu kimi bu il də ucuz iPhone modeli ilə bağlı söhbətlər var. Analitik Cue Ming-Chi Kuo tərəfindən "Apple"ın gələn ildə "iPhone 5C"nin xələfini tanıdacağı iddia edilir. Deyilənlərə görə, iPhone 7C 4 inç böyüklüyündə və metal korpusdan ibarət olacaq. Cihazda 3D Touch ekran xüsusiyyəti olmayacaq.