Keçdiyimiz illərdə Vine və Instagram istifadəçilərə 6 və 15 saniyədən ibarət video izlətmə opsionu təqdim etməsindən etibarən stop motion (sabit 3 ölçülü obyektləri hərəkət edərmiş kimi göstərən bir animasiya növü) məzmunlu videoların sayı və məşhurluğu artmağa başladı. Lakin stop motion markaların prioritetli yollarından biri deyil.
Çünki bu texnikanı nə zaman gördüksə mikro layihələrin içərisində gördük. Ancaq "Honda"nın, son layihəsi bu vəziyyəti dəyişdi. Şirkət, keçmişdən bu günə qədər olan hekayəsini, stop motion sənətçisi Adam Pesapanea 3000 əl istehsalı illüstrasiya ilə çəkdirdi və nəticədə son dərəcə maraqlı bir videoçarx alındı. Şirkət bundan əlavə 2013-cü ildə də klassikləşmiş buna bənzər "Power of Dreams" adlı bir iş təqdim etmişdi.
