“Intourist Baku, Autograph Collection” hotelində tanınmış tarixçi, “Bakı sirləri” silsilə televiziya verilişlərinin müəllifi və aparıcısı Fuad Axundovun Azərbaycan jurnalistləri və blogerləri ilə növbəti görüşü keçirilib. Sözügedən görüş Azərbaycanda start götürmüş və ölkənin tanınmış soylarının nöqteyi-nəzərindən “Glenfiddich” brendinin ailə dəyərlərinin nümayiş etdirilməsinə yönələn “Family Run by Glenfiddich” layihəsi çərçivəsində keçirilib.
Belə ki, məhz dünyanın ən titullu arpa mayalanması vasitəsilə hazırlanan viski brendinin sahibi olan Qrant ailəsi nəsillərarası əlaqələri təmin etməyə və ailə biznesinin davam etdirilməsi ənənəsinin qorunub saxlanmasına nail olub. Layihə çərçivəsində Fuad Axundov jurnalist və blogerlərlə görüşə ailə biznesini davam etdirən, həmçinin ailə ənənələrinə əməl edən bir sıra görkəmli nəsil nümayəndələrini cəlb edir. Beləliklə, Azərbaycanın tanınmış neft sənayeçiləri nəsillərindən olan Aşurbəyovlar, eləcə də tanınmış tikinti podratçıları sayılan Qasımovlar qardaşlarının nəslinin nümayəndələri artıq layihənin qonaqları olublar. Tarixçi Fuad Axundovun bloger və jurnalistlərlə budəfəki görüşü daha bir məşhur Azərbaycan neft sənayeçisinin, Ağa Şəmsi Əsədullayevin soyuna həsr olunmuşdu. Fuad Axundov görüş iştirakçılarına Şəmsi Əsədullayevin 1840-cı ildə Əmircan qəsəbəsində yoxsul kəndli ailəsində dünyaya gəldiyini danışıb. Yeniyetmə vaxtlarında Şəmsi iri neft sənayeçisi olan Kokorevin Suraxanıdakı neft mədənlərində arabaçı kimi çalışıb. Gənc oğlan zirəkliyi və qənaətçiliyi ilə yaşıdlarından fərqlənirdi. Bir neçə il işlədikdən sonra o, yığdığı pullarla şəxsi arabalarını alır və tezliklə Kokorevin yanında işlər müdiri vəzifəsinə yüksəlir. Duz podratçılığı ilə məşğul olmaqla başlanğıc kapitalı yığaraq Şəmsi 1892-ci ildə bütün pullarını perspektivli neft sahəsinin alınmasına xərcləyir. 1893-cü ildə o, öz şirkətinin əsasını qoyur. Çiçəklənmə dövrü 1895-ci ildə təzə aldığı torpaq sahələrindən birində neftin fontan vurması ilə başlayır. Beləliklə, 1892-ci ildə 500 rubl ilkin kapitalla fəaliyyətə başlayan şirkət 1909-cu ildə 10 mln. rubla qiymətləndirilirdi.
“1908-1912-ci illərdə Əsədullayeva məxsus mədənlərdə illik hasilatın həcmi 6-8 mln. pud həcmində dəyişirdi. Əmək fəaliyyətinə sadə arabaçı kimi başlayan şəxs 1910-cu ildə artıq 37 neft quyusuna sahib idi ki, bunlardan 17-si fasiləsiz, hətta artan miqdarda neft hasil edirdi. Neft biznesində gəlirliyinə görə A. Nağıyev və Z. Tağıyevdən sonra üçüncü yeri tutan Şəmsi Əsədullayev inqilaba qədərki Bakıda dövrünün tanınmış, hörmətlinümayəndələrindən biri olmaqla Rusiya müsəlmanları arasında böyük nüfuz sahibi idi”, - Fuad Axundov qeyd edib. Tarixçi həmçinin vurğulayıb ki, Ş. Əsədullayev böyük həvəs və maraqla Nobellərə məxsus yeniliyi, neft borularını öz müəssisələrində tətbiq edirdi. Bununla o, neftin araba ilə daşınması və arabaçı peşəsinə son qoymuşdur. Ağa Şəmsi Əsədullayev ictimai fəaliyyəti və xeyriyyəçilik əməllərinə görə Bakıda, həmçinin şəhərin hüdudları kənarındaböyük ehtiram, şöhrət və hörmət qazanmışdır. “Demək olar ki, heç bir təhsil almamış Əsədullayev Zaqafqaziyanın ən böyük Aleksandrovskiy Tiflis Müəllimlər İnstitutunu himayəsinə götürüb və orada öz adına iki təqaüd təsis edib. Beləliklə, Şəmsi Əsədullayev müsəlman tələbələr üçün ayrılan yerlərin sayının artırılmasına nail olurdu. Bundan əlavə 1901-ci ildə onun vəsaiti hesabına Zivərbəy Əhmədbəyov Sankt-Peterburq Mülki Mühəndislər Institutundailk azərbaycanlı olaraq təhsil almışdır. Sonralar istedadlı memar Z. Əhmədbəyov Bakıda bir çox memarlıq abidələrinin müəllifi olub”, - Fuad Axundov əlavə edib.
Ş. Əsədullayevin neft səltənətinin filiallarının mövcud olduğu demək olar ki, hər yerdə, o cümlədən Moskva, Sankt-Peterburq, Kaluqa, Yalta, Bağçasaray və digər Volqaboyu şəhərlərdə onun vəsaiti hesabına bir çox möhtəşəm binalar tikilib. Tanınmış neft sənayeçisinin sahibkarlıq fəaliyyəti İrandan Polşayadək uzanırdı. 1910-cu ildə Əsədullayevin şirkəti iflas təhlükəsi ilə üzləşir: sahibkarın paxıllığını çəkən bədniyyətli insanlardan biri Əsədullayevdən Volqaboyu şəhərlərdən birinə kerosin göndərməsi tələb olunan teleqramı qəsdən məhv edib.Cərimə şirkətin iflasına gətirib çıxarıb. Əsədullayev evlərini, Mərdəkandakı bağını, tankerlərini, neft torpaqlarını girov qoymalı olub. Müflis olan sahibkarın dadına H.Z.Tağıyev və A.M. Nağıyev çatıblar. Əsədullayevin oğulları Əli və Mirzə bu iki milyonçunun qızları ilə evli idilər. Sahibkarlıq fəaliyyəti kimi Ağa Şəmsi Əsədullayevin şəxsi həyatı da problem və çətinliklərlə dolu idi və tez-tez təhlükəli vəziyyətlər alırdı. 1907-ci ildə Şəmsi Əsədullayev rus senatorunun qızı Mariya Petrovna Lebedeva ilə ailə həyatı qurur və həyatının Moskva dövrünü onunla keçirir. Mariya Ağa Şəmsinin ikinci həyat yoldaşı olub. Bakıda Əsədullayevin arvadı Meyransa xanım, beş övladı, həmçinin çoxsaylı qohumları onun ikinci nikahı və Moskvaya köçməsini müsbət qarşılamırdı. “Şəmsi Əsədullayev 21 aprel 1913-cü ildə Yaltada naməlum şəraitdə dünyasını dəyişib. 1920-ci ildə baş vermiş hadisələrdən sonra tale tanınmış neft sənayeçisinin 5 övladını dünyanın müxtəlif tərəflərinə atmışdır və təəssüf ki, Azərbaycanın bu cür tanınmış nəslinin birbaşa davamçıları yoxdur”, - Fuad Axundov vurğulayıb. Qeyd edək ki, görüşün qonaqları rahat və səmimi ab-havada layihənin iştirakçıları ilə söhbətləşib 12 illik “Glenfiddich” viskini dequstasiya etməklə xatirə şəkilləri çəkdirmək fürsəti əldə ediblər. Xatırladaq ki, “Family Run” layihəsinin təşkilatçısı şotland viski brendi olan “Glenfiddich”dir. “Glenfiddich” brendinin əsası alkoqollu içkilər üzrə mahir bilici sayılan Uilyam Qrant tərəfindən qoyulub. 1886-cı ildə o, Şotlandiyada analoqu olmayan yeni şotland viskisi yaratmaq qərarına gəlir. Cəmi bir il ərzində U. Qrant yeni viski istehsalı üzrə zavod qurmuş və onu qal dilindən tərcümədə “Maral vadisi” mənası verən “Glenfiddich” adlandırmışdır. Qrant nəslinin nümayəndələri hazırda da “Glenfiddich”in tarixinin başlandığı həmin zavoda rəhbərlik edirlər.
“William Grant & Sons” haqqında:
“William Grant & Sons Ltd” — şotland viskisi və digər tünd alkoqollu içkilər istehsal edən müstəqil şotland ailə müəssisəsidir. Azərbaycanda istehsalçı növbəti brendlərlə təmsil olunur: “Glenfiddich”, “The Balvenie”, “Tullamore D.E.W.”, “Grant's”. Azərbaycanda brendin rəsmi distributoru “El Trade” şirkətidir. Əlavə məlumatı www.williamgrant.com internet səhifəsində əldə etmək olar.


