Dünyanın ən məşhur bulud əsaslı fayl saxlama platforması olan Dropbox, yayımladığı "Creative Freedom" adlı ilk reklam kampaniyasında yaradıcı insanların işlərini necə asanlaşdırdığına vurğu edir. "72andSunny" tərəfindən hazırlanan TV reklamında Dropbox aralarında Imperial College London araşdırmaçıları, dizayner Barber Osgerby, fotoqraf Yuki Sugiura, data sənətçisi Marcin Ignac və yemək dizaynerləri Bompas&Parrın da olduğu 100 yaradıcı insanın zehnindən və ofisindən səhnələr təqdim edir.



Komanda işini və sərhədsiz yaradıcılığı təşviq edən reklam filmi jurnalistlər, stilistlər, memarlar kimi xüsusi birlikləri hədəfləyəcək və TV ilə yanaşı radioda, çap reklamlarında, jurnalda, outdoor kimi fərqli məcralarda da inteqrasiya olaraq yayımlanacaq. Dropbox təqdim etdiyi xidmətə əsasən hər yerdə, hər kəslə və hər şəkildə yaradıcı olmağın mümkün olduğuna vurğu edir.