Daha çox məhsul, rəng və növ seçiminin olduğu makiyaj dünyasında, vərdişləri dəyişdirməyi hədəfləyən "L'Oreal Paris" bir müddət əvvəl yayımladığı artırılmış reallıq tətbiqi olan "Makeup Genius" ilə böyük bir müvəffəqiyyətə imza atdı. Makeup Genius tətbiqi, istifadəçilərə 10 saniyə ərzində 10 fərqli makiyaj sınamaq imkanı verir.
Tətbiq ilə istifadəçilər L'Oreal Paris məhsullarını, L'Oreal Paris professional makyaj ustaları tərəfindən hazırlanan makiyaj stillərini və sevərək təqib etdikləri məşhurların qırmızı xalıdakı makiyajlarını həmin an öz üzlərində görmək şansına sahibdir. Bundan əlavə tətbiq istifadəçinin üz və mimika hərəkətlərini təqib edərək, makiyajın necə göründüyünü gerçək zamanlı olaraq əks etdirə bilir. Tətbiq ilə istifadəçilər mağazalarda gördükləri L'Oreal Paris məhsullarının da barkodlarını oxudaraq, bu məhsulları da öz üzlərində görə bilir və sınaqdan keçirdikləri makiyaj stillərini sosial mediada dostları ilə paylaşa bilir. "McCann Paris" tərəfindən hazırlanan artırılmış reallıq tətbiqi qısa müddət ərzində 10 milyondan çox yüklənərək əhəmiyyətli bir müvəffəqiyyət əldə etdi.
