"P & G"ın müxtəlif ölkələrdə başlatdığı kampaniyası #LikeAGirl böyük müvəffəqiyyət qazanmış və ötən ilin ən çox danışılan, ən çox paylaşılan kampaniyalarından biri halına gəlmişdir. Bu müvəffəqiyyətə görə "Cannes Lions 2015"də Grand Prix qazanan marka, dünən təşkil olunan Emmy mükafat gecəsində də reklam kateqoriyasının qalibi oldu. Snickers, Adobe, Budweiser, Gatorade və Nissanla birlikdə qısa siyahıya qalan Leo Burnett imzalı bu iş yarışmanın "Televiziyanın Möhtəşəm Reklamı" mükafatına layiq görüldü.