"Coca-Cola" üzərində ad yazılan qablaşdırması ilə icra etdiyi və dünya səviyyəsində böyük marağa səbəb olan "Share a Coke" kampaniyasını davam etdirir. Markanın yeni kampaniyası Perunun kiçik bir kəndində həyata keçirildi. Marka "In The Name of Everyone" adlı kampaniyasında kəndə səs aşkarlama texnologiyasının istifadə olunduğu xüsusi avtomatlar yerləşdirdi.



Yerli xalq Coca-Cola alarkən adlarını avtomata söyləyərək, üzərində öz adlarının olduğu içkiləri əldə etdi. McCann Lima tərəfindən həyata keçirilən kampaniya ilə Coca-Cola şüşələrinin üzərində az bilinən adlar da yer aldı. Şirkətin bu kampaniyasının başqa bölgələrdə də həyata keçirilib geçirilməyəcəyi mövzusunda isə hələ bir şərh edilməyib.