Çox məşhur deyimdəki kimi, ideallarını öldür və ya ən azından onlara həsəd aparmağı burax. "Adidas" təqdim etdiyi baş rolda Lionel Messinin oynadığı 60 saniyəlik yeni reklam çarxında məhz buna vurğu edir. "72andSunny" imzalı reklam çarxında Barcelona və Argentina Milli Komandasının ulduzu olan Messi pərəstişkarlarından öz yollar ilə getmələrini istəyir.
Adidas da açıq şəkildə "Messini unfollow edin" deyərək səslənir. "Sıxlıqla qəhrəmanlarımızı izlədiyimiz və ya onlara həsəd apardığımız bir dünyada yaşayırıq" deyən Adidasın media direktoru Lia Stierwalt, "Lakin öz gerçəkliyimizi şəkilləndirməyə və ən nəhayət öz oyunumuzu yaratmağa köklənə bilərik" deyə də əlavə edir.