Sosial medianın yeni trendi olan "Periscope" 10 milyon istifadəçiyə çatıb.İstifadəyə verildikdən 12 saat sonra 1 milyon istifadəçiyə çatan mobil canlı yayım proqramı Periscope, yeni bir rekorda imza atıb. "Twitter"in tərkibində olan "Periscope"un göstəriciləri şirkətin ən səlahiyyətli adı tərəfindən açıqlanıb. Verilən məlumata görə, təxminən 4 ay əvvəl istifadəyə verilən tətbiqin 10 milyon istifadəçisi var.



"Periscope"un gündəlik aktiv istifadəçi sayı isə 2 milyon olub. İlk olaraq iPhone üçün istifadəyə verilən proqramın ötən aylarda Android platformasına gəlməsi ilə istifadəçi sayında ciddi artım baş verdiyini vurğulayan Periscope-un İcraçı Direktoru Kayvon Beykpour, proqramın qısa müddət ərzində malik olacağı yeni xüsusiyyətlər haqqında da açıqlamalar verib. Bu açıqlamaya görə, Periscope, yaxın günlərdə üfüqi video dəstəyi alacaq. Həmçinin proqramda "spam"lara qarşı yeni vasitələr yer alacaq.