"Twitter" birbaşa mesajlarda 140 simvol məhdudiyyətini ləğv etdiyini açıqlayıb. "Twitter"dən verilən məlumata görə, istifadəçilər bundan sonra istədikləri uzunluqda birbaşa mesaj yaza biləcəklər. Yeni xüsusiyyət 13 Avqust tarixindən etibarən Android, IOS və MACOS platformalarının rəsmi proqramlarında və twitter.com, TweetDeck internet saytlarında aktiv olacaq. Sözügedən tətbiq standart "tweet"lərdə istifadə edilməyəcək. Buradan yazılan tweet-lərə 140 simvol məhdudiyyəti qalır. "Twitter"in bu məhdudiyyəti qaldırması mesajlaşma tətbiqi "Whatsapp" və "Facebook"a rəqib olmaq üçün apardığı iddia edilir.