"Apple"ın yeni ağıllı telefon modelləri "iPhone 6S" və "iPhone 6S Plus"u 9 Sentyabrda təqdim edəcəyi iddia edilir. Yeni modellərin təqdimat tarixindən bir ay sonra bazara çıxardılacağı gözlənilir. Şirkətə yaxın mənbələrə istinadən verilən xəbərlərə görə, Apple məsələ ilə bağlı hələ ki, rəsmi bir açıqlama verməkdən çəkinir. Yeni iPhone modellərinin Los Ancelesdə təqdimatı keçiriləcək.
Şirkətin "iPad Air 2" və "iPad Mini 3"ün təqdim edildiyi toplantıda səsləndirdiyi "Apple SIM!in yeni iPhone modellərində olacağı tez-tez dilə gətirilən iddialar arasındadır. iOS 9 ilə işləyəcək iPhone 6S-in 64 GB və 128 GB-lıq versiyalarının olacağı, kamera keyfiyyətinin də 1080 hd olacağı ehtimal edilir. Bir başqa iddiaya görə, Apple, iPhone 6S-də Apple Watch Sport-da olan 7000 alüminium adlı materialı istifadə edəcək. Bu material sayəsində yeni iPhone modellərinin istifadədə olan modellərə nisbətən 60 faiz daha güclü olacağını qeyd edilir. İPhone 6S və iPhone 6S Plus adını alması gözlənilən ağıllı telefonların bazara çıxardılması ilə mövcud modellərin qiymətlərinin də aşağı düşəcəyi gözlənilir.