Hər gün qırmızı işıqda keçən sürücülərin səbəb olduğu minlərlə qəza yaşanır. BMW öz avtomobilləri üçün bu problemə çarə tapdı. BMW avtomobil sahibləri "EnLighten" adlı iOS tətbiqini yükləyərək avtomobillərində olan "iDrive" sisteminin köməyi ilə yollarda olan işıqforlar, ən yaxındakı işıqforun mövcud rəngi və nə zaman rəng dəyişdirəcəyi ilə əlaqədar məlumatları avtomobillərinin içərisində yer alan ekranlar üzərində görə biləcək və xəbərdarlıq ala biləcəklər.
Sistem bunu edərkən şəhər işıqfor rəhbərliyindən və "GPS"dən faydalanır. Sistem, sürücünün təhlükəsizliyi üçün ağıllı praqnozlar da verir. Məsələn avtomobilin mövcud sürəti, ən yaxın işıqfor və işıqfora çatıldığı zaman yanacaq olan rəngi bildirərək nə zaman əyləcə basmaq və avtomobili nə zaman yavaşlatmağa başlamaq lazım olduğu kimi təkliflər təqdim edir. BMW beləcə yol və sərnişin təhlükəsizliyini mümkün qədər artırmaq istəyir. Portland, Eugene, Oregon və Salt Lake Citydə olan BMW sürücüləri tətbiqi hazırda test edə bilir. "BMW"nin bunu bütün avtomobillərində nə zaman edəcəyi isə hələ məlum deyil.