BBR Saatchi & Saatchi Tel Aviv "Super-Pharm"ın yeni təraş bıçağı "Life M6"nın təqdimatı üçün qeyri-adi bir reklam çarxı təqdim etdi. 3 dəqiqəlik online filmdə 14 ildir saqqalını kəsməyən 44 yaşındakı Amit baş rolda iştirak edir. Saqqalını kəsməyə qərar verən Amit, yeni üzüylə anasının, atasının, həyat yoldaşının və kiçik qızının qarşısına çıxdığında ailə üzvləri təəccüblərini gizlədə bilmir. Amit reklam çarxında "küləyi və günəşi hiss edə bilirəm. Günəş üzümü şəfqətlə oxşayır. Bu möhtəşəmdir" deyir.