Hong Kongda fəaliyyət göstərən Instagram sənətçisi Robert Jahns liderliyindəki bir qrup Zen sənətinin yüz gününü "Instagram"a əks etdirmək üçün "Asus" ilə müqavilə imzaladı. Robert və qrupunun işləri "Asus"un ən son model telefonu olan "ZenFone 2"dan ilhamlanaraq çəkdikləri bir fotoşəkil yarışmasını əhatə edir.
Foto yarışması çərçivəsində digər Instagram istifadəçilərinin də bu fotoşəkillərdən ilhamlanaraq öz fotoşəkillərini çəkməkləri və paylaşmaqları hədəflənir. "Asus"la birlikdə reallaşdırdığı iş birliyi üçün Robert Jahns bildirib: "Bu əməkdaşlıq mənim ürəyimdə yer alır. Bu iş ilə insanları güldürmək, ortaya gözəl şeylər çıxartmaq və insanlara ilham vermək istəyirəm". Müsabiqə 7 İyulda Robertin pərəstişkarlarının çəkdikləri fotoşəkilləri internet saytına yükləmələriylə başlayıb.






