Texnologiya nəhəngi "Apple"ın gəliri və mənfəəti özünün üçüncü maliyyə rübündə gözləntini aşıb. "Apple"ın mənfəəti bu dövrdə 10,7 milyard dollar və bir səhmə 1,85 dollar olub. Gözlənti 1,81 dollar idi. Ancaq şirkətin növbəti rüb üzrə gəlir proqnozu proqnozdan aşağı qalıb.Texnologiya nəhənginin gəliri isə 33 faiz artaraq 49,6 milyard dollara yüksəlib.



Proqnoz isə 49,4 milyard dollar idi. Apple bu dövrdə 47,5 milyon ədəd "iPhone" satıb, proqnoz 48,8 milyon ədəd idi. Apple bir əvvəlki rübdə isə 61,2 milyon ədəd ağıllı telefon satmışdı. Şirkətin Sentyabr ayında bitəcək növbəti rübə dair gəlir proqnozu isə 49-51 milyard dollar arasındadır. Ekspertlərin gözləntisi 51,1 milyard dollardır.