“Bilayn” mobil operatoru Yekaterinburq adminstrasiyası və yerli bələdiyyə müəssisəsi (“Tramvay-trolleybus idarəsi”) ilə birgə şəhər tramvaylarının sərnişinlərini pulsuz mobil İnternetlə təmin etmək məqsədilə qeyri-adi layihə hazırlayıb. “Yekaterinburqun bələdiyyə nəqliyyatında Wi-Fi” innovativ layihəsi sosial və təhsil xarakteri daşıyan mobil İnternet xidmətlərindən istifadənin artırılmasına yönəlmişdir.
cybersecurity.ru saytının məlumatına görə, “ВымпелКом” şirkətinin maliyələşdirdiyi layihənin əsas mahiyyəti WiFi-router vasitəsilə “Bilayn” mobil operatoru xidmətlərinin sərnişinlərə pulsuz çatdırılmasından ibarətdir.