"Volkswagen" sürücülərin gözlərinin telefonlarında deyil yollarda olmasının lazım olduğunu bir daha vurğulamaq üçün çox təsirli bir kampaniya hazırladı. DDB Bolivia tərəfindən hazırlanan kampaniyada, yola görə tərs duran B, K və Y hərfləri var. Beləliklə marka, sürücülərə, əllərindəki telefona baxmağa davam etdikləri halda başlarına gələ biləcək olan acı sonu xatırlatmaq istəyir: "Yazı yerinə çatar. Ancaq Siz çata bilməzsiniz. Gözünüz telefonda deyil, yolda olsun".


