Smart, yanlış avtomobilin uşaqlara necə təsir etdiyini əyləncəli bir şəkildə izah edir. "Daimler AG" nəzdində fəaliyyət göstərən və supermini seqmentinə maraq göstərən hər kəsin rəğbətini qazanan Smart, ötən il 8 il fasilədən sonra yenidən bazara təqdim etdiyi "forfour" modeliylə istifadəçi həcmini uşaqlı cütlüklərə doğru genişləndirməyi hədəfləyir. Markanın son kampaniyasında, yanlış avtomobil seçiminin yalnız istifadəçinin əsəblərini korlamaqla qalmadığı, eyni zamanda arxa kresloda əyləşən kiçik sərnişinlərin təhsillərinə də pis təsir etdiyini əyləncəli bir şəkildə izah edir.