Məşhur mesajlaşma proqramı "Whatsapp"ın "Facebook"u xatırladan yeni bir xüsusiyyətinin olacağı iddia edilir. Şirkətə yaxın mənbələrə istinadən verilən xəbərə görə, qısa müddət ərzində platformada "bəyən" (like) düyməsi olacaq. Keçən il Facebookun tərkibinə qatılan proqram, bu tarixdən sonra bir sıra dəyişikliklər edərək istifadəçilərinin sayını ciddi dərəcədə artırmışdı.
Whatsapp bəyən düyməsi mesajlardakı bir məzmunu bəyənmək üçün istifadə ediləcək. Hələ də Beta variantında test mərhələsində olduğu bildirilən bu funksiyanın istifadəyə veriləcəyi tarix haqqında rəsmi açıqlama verilmir. 19 milyard dollara Facebook tərəfindən satın alınan Whatsapp, ötən aylarda istifadəyə təqdim etdiyi zəng funksiyası ilə diqqətləri yenidən özünə çəkmişdi.