43 yaşındakı oyunçu Winona Ryder, "Red Hot Chili Peppers"in solisti Anthony Keidis, Cher, Willow Smith, model Daisy Loweun 9 yaşındakı bacısı Betty Lowe və daha bir çox məşhur sima "Marc Jacob"un Payız / Qış 2015 mövsüm kampaniyası üçün kamera qarşısına geçdi. Kampanya üçün çəkilən fotoşəkillərdə Ryderin, geyimləri tanıtması ilə yanaşı eyni zamanda saç kəsimi də diqqət çəkir. Bu saç kəsiminin Edward Scissorhandın saçlarına bənzəməsi də diqqət çəkən bir başqa nöqtədir.



İlk fotoşəkilləri Instagramda paylaşan Marc isə, Ryderlə 15 yaşından bəri dost olduqlarını, ilk olaraq 2003-cü ildə onunla çalışdığını və indi də hər zamanki kimi gözəl və unikal olduğunu dilə gətirib. Dizayner eyni zamanda 9 yaşındakı Betty Loweun da hörüklü saç ilə çəkilən bir fotoşəkilini paylaşıb. Bettyin bacısı model Daisy Lowe da 2009-cu ildə "Marc by Marc Jacob" kampaniyasında iştirak etmişdi. Fotoşəkillərə əlavə olaraq, Marc eyni zamanda Steve Mackey və oğlu Marley Mackey ilə modellər Julia Nobis, Molly Bair və Cierra Skye kimi adlara da yer verdi. Məşhur rock qrupu Red Hot Chili Peppersın solisti Anthony Keidis və onun 7 yaşlı oğlu Everly Bear da kampaniyaya qatılan məşhurlar arasında yer aldı. Will smith və Jada Pinkett Smithin 14 yaşındakı qızları Willow Smith isə fotoşəkildəki dramatik hava səbəbiylə olduqca bəyənildi. Məşhur müğənni Cher isə yaşına baxmayaraq sərgilədiyi cazibədar görünüşü ilə hamının diqqətini çəkdi.