Samsung insan və texnikanın əməkdaşlığı üzrə 10 qısametrajlı film çəkmək üçün Vimeo ilə birləşdi. "Connected" layihəsi üçün olan 10 film Vimeo komandası tərəfindən "Vimeo Brand Creative Fund" ilə seçilən 10 müxtəlif rejissor tərəfindən hazırlanıb. "Vimeo Brand Creative Fund" brendlərə və rejissorlara əməkdaşlıq üçün bir – birini tapmaqda köməklik edir. Bütün filmlər bədiidir. Onların hər birində bu və ya digər şəkildə "Samsung Galaxy" texnikası əks olunub.
Misal üçün, Larry Cohenin "Left to Your Own Devices" filmində soyğunçu haqqında bir gülməli əhvalat izah edilib. 5 filmi xüsusi yaradılmış saytda izləmək mümkündür. Digər 5 film isə bir neçə ay ərzində yayımlanacaq. Layihədə Bradley Munkowitz, Celia Rowlson-Hall, Drew Christie, Larry Cohen, Greg Brunkalla, Kogonada, Matty Brown, Oh Yeah Wow/Caviar, Paul Trillo/AFOG Productions və Variable kimi rejissorlar vəyaradıcı birliklər iştirak edib.