“Coca-Cola”nın ilhamlandırıcı reklam çarxları ölkə gənclərini “Bakı 2015” Avropa Oyunlarında Azərbaycan yığma komandasını dəstəkləməyə dəvət edir. Olimpiya Oyunlarının ümumdünya tərəfdaşı olan “Coca-Cola” şirkəti ilk Avropa Oyunlarının rəsmi tərəfdaşı kimi əhalini və Azərbaycan milli yığma komandasını “Bakı 2015” Oyunlarında dəstəkləməyə çağıran növbəti reklam video-çarxlarını təqdim edib. Yarışlar zamanı hər bir idmançının azarkeşlərin dəstəyinə ehtiyacı var, əsasən də, əgər həmin yarış doğma divarlar arasında keçirilir.
Bunu nəzərə alan “Bakı 2015” Avropa Oyunlarının rəsmi tərəfdaşı – “Coca-Cola” şirkəti idmançıları qələbələrə ilhamlandıran, azarkeşlərin Oyunlara görə sevinc və fəxr hissini ifadə etdirən yeni video- təqdim etmişdir. Avropa Oyunlarının son günlərində Azərbaycan idmançılarının yarım final və final mərhələlərinə vəsiqə qazandıqları mərhələdə idmançılarımızı ruhlandırmaq üçün bu cür reklam çarxları böyük əhəmiyyət kəsb edir. “Coca-Cola”nın ilk Avropa Oyunlarına həsr etdiyi və Azərbaycan telekanallarında nümayiş etdirilən video-çarxlaratletlərimizə ictimai dəstəyi gücləndirir. Video-çarxlar hazırlanarkən “Coca-Cola” əsas diqqəti gənclərə yönəldib. Belə ki, “Bakı 2015” Oyunlarının ən iri nailiyyətlərindənbiri yarışlara 10 mindən artıq gənc könüllünün cəlb edilməsi olub və onlar üçün bu yarışlar qiymətsiz təcrübə deməkdir. “Biz şadıq ki, ilk Avropa Oyunları Paris və Londonda deyil, məhz Bakıda keçirilir!”, “Bu cür möhtəşəm hadisələrdən sonra bir çox insan idmanla məşğul olmağa başlayacaq!”, “Mən əminəm ki, ən yaxşı nəticələri güləşçilərimiz, cüdoçularımız və gimnastlarımız göstərəcəklər!”, “İnanıram ki, milli yığma komandamızın xanım üzvləri bizə ən çox qələbə qazandıracaq” – Azərbaycangəncləri idmançılarımıza “Bakı 2015” Oyunlarında bu formada uğurlar arzulayıblar.
“Bu cür möhtəşəm yarışlarda, xüsusən dəbu yarışlar doğma divarlar arasında keçiriləndə, idmançılar hiss etməlidirlər ki, onlara azarkeşlik edirlər, onları sevirlər və onlardan yüksək nəticələr gözləyirlər. Məhz buna görə, gənclərimizəvideo-çarxlar vasitəsilə idmançılara birbaşa müraciət etmək və onları “Bakı 2015” Oyunlarında dəstəkləmək imkanını yaratdıq. “Coca-Cola” şirkəti Azərbaycanda fəal və sağlam həyat tərzinin təbliği üçün Oyunların irsinin qurulması və qorunub saxlanmasını labüd hesab edir. Şirkət “Bakı 2015” təcrübəsini gələcəkdə də insanların bədən tərbiyəsi və idmanla məşğul olmağın təşviqində istifadə edəcək. Azərbaycan idmanının beynəlxalq arenada yüksək nəticələr əldə etməsi və ölkədə fəal və sağlam həyat tərzini dəstəkləmək üçün əlimizdən gələni əsirgəməyəcəyik”, - deyə “Azerbaijan Coca-Cola Bottlers” şirkətinin baş direktoru Cem Becel bildirib.
“Bakı 2015” kimi yarışlar milyonlarla insanı idman və bədən tərbiyəsi ilə məşğul olmağa, sağlamlıqlarına diqqət yetirməyə ilhamlandırır. “Coca-Cola”nın bütün dünyada insanları sağlam və fəal həyat tərzi aparmağa çağırır. İnsanları sağlam həyat tərzinə və idmana həvəsləndirmək üçün möhtəşəm idman yarışlarında ölkəsinin şərəfini qoruyan və böyük qələbələr qazananidmançılarımızın ilhamlandırıcı rolu əvəzsizdir. Məhz buna görə “Coca-Cola” Olimpiya hərəkatının dəyərlərini bölüşür və ən iri idman yarışlarını, o cümlədən ilk Avropa Oyunlarını dəstəkləyir. “Bakı 2015” Avropa Oyunlarının rəsmi tərəfdaşı olaraq “Coca-Cola” şirkəti Azərbaycanda fəal və sağlam həyat tərzinin təbliği üçün Oyunların irsinin qurulması və qorunub saxlanmasını hədəf olaraq seçib. Qlobal kampaniya çərçivəsində “Coca-Cola” şirkəti Avropa Oyunlarına həsr olunmuş video-çarxı və Tünzalə Ağayevanın ifa etdiyi himni artıq təqdim edib, eyni zamanda şirkət Azərbaycan milli yığma komandasının idmançılarının adları əks olunan məhsullar istehsal edib.
Video-çarxları aşağıdakı linklər vasitəsi ilə izləməm olar:
https://www.youtube.com/watch?v=XUeiM5eTaVc
https://www.youtube.com/watch?v=dlQnisbfiCI
“CocaCola” şirkəti haqqında:
“Coca-Cola” şirkəti (NYSE: KO) sərinləşdirici içkilərin istehsalı üzrə dünya lideridir. Şirkət 500-dən yuxarı brend istehsal edir. “Coca-Cola” şirkəti dünyada ən qiymətli brend kimi qəbul edilib. Dünyada ən çox tanınan və ən bahalı brendlərdən olan “Coca-Cola” ilə yanaşı şirkətin portfoliosuna dəyəri 1 mlrd. ABŞ dollarını ötən 20 brend daxildir. Bunların sırasına “DietCoke”, “Fanta”, “Sprite”, “Coca-Cola Zero”, “vitaminwater”, “POWERADE”, “MinuteMaid”, “Simply”, “Georgia”, “Dasani”, “FUZE TEA” və “DelValle” kimi brendlər aiddir. Qlobal miqyasda “Coca-Cola” şirkəti mineral sular, şirələr, hazır çay və kofe istehsalı sahəsində liderdir. Qlobal yayım sistemi sayəsində dünyanın 200-dən çox ölkəsindəki istehlakçılar şirkətin istehsal etdiyi içkilərdən istifadə edirlər. “Coca-Cola” şirkəti hər gün 1,9 mlrd. içki porsiyası realizə edir. Qeyd etmək lazımdır ki, şirkət ətraf mühitin mühafizəsinə, resursların qorunmasına və regionun iqtisadi inkişafına yönəlmiş ictimai təşəbbüsləri dəstəkləyir. Beləliklə, 700 mindən çox işçisi ilə “Coca-Cola” şirkəti dünyada TOP-onluğa daxildir. “Coca-Cola” şirkəti haqqında daha ətraflı məlumat almaq üçün şirkətin İnternet səhifəsini ziyarət edə bilərsiniz: www.thecoca-colacompany.com.