Yaponiyanın texnologiya nəhəngi rəsmi bloqu vasitəsilə yeni "Playstation" modelini rəsmi olaraq elan edib. Bir müddətdir ki, "Sony"nin üzərində çalışdığı iddia edilən 1 tera baytlıq (TB) PS4 modeli rəsmi olaraq təsdiq edilib. Oyunsevənlərin maraqla gözlədiyi 1 TB-lıq Playstation 4 Ultimate Pleyer Edition, hazırda satışda olan Playstation 4-dən düz iki dəfə çox yaddaşa malkdir.



Yeni cihazın sadəcə yaddaş sahəsində yenilik edilməyib. Sony, yeni modelin çəkisinin 10 faiz, enerji sərfiyyatını isə 8 faiz azaldıldığını bildirib. Yeni Playstation modelinin qiyməti və satışa çıxacağı tarix haqqında hələlik rəsmi məlumat yoxdur.Şirkətə yaxın mənbələrdən əldə edilən məlumatlara görə, yeni model gələn ay Yaponiyada, sonrakı dövrdə də ABŞ və Avropa bazarında satışa çıxacaq.