Məşhur pop musiqisi ulduzlarının etirazı "Apple" şirkətini geri addım atmağa məcbur edib. "ABŞ"ın texnologiya nəhəngi 30 İyunda internet üzərindən istifadəyə verəcəyi yeni musiqi proqramındakı (Apple Music) müsiqilərə görə müğənnilərə müəlliflik haqqı ödəyəcəyini açıqlayıb.
Bu ödəmələrin proqramın istifadəçilərə pulsuz təqdim edəcəyi ilk 3 ay ərzində də keçiriləcəyi qeyd edən Apple, beləliklə mühüm bir maliyyə yükünü də üzərinə götürmüş olur. Qeyd edək ki, məşhur pop musiqi ulduzu Teylor Swiftin ötən günlərdə "Apple Music"i boykot etməsi bir çox müğənni tərəfindən dəstəklənmişdi. Qeyd edək ki, Apple, artistlərə "Apple Music"in ilk 3 aylıq pulsuz dövrü ərzində ödəmə keçirilməyəcəyini açıqlamış, bu qərar Teylor Swiftin reaksiyasına səbəb olmuşdu.