Dünyanın mobil telefon bazarında uzun illər liderlik edən Finlandiyanın "Nokia" şirkəti 2 illik fasilənin ardından yenidən mobil telefon bazarına qayıtmaq üçün hazırlaşır. Şirkətdən bildiriblər ki, Nokia indidən hazırlıqlara başlayıb və özünə uyğun tərəfdaşlar axtarır.Mobil telefon istehsalı üzrə fəaliyyət göstərdiyi ticarət qolunu 2013-cü ildə Microsofta satan Nokia, tərəflər arasında imzalanan sazişə görə 2016-cı ilin sonundan daha tez mobil telefon bazarına geri qayıda bilməz.