Dünyaca məşhur ulduz Selena Gomez "Pantene" brendinin Amerikadakı marka siması oldu. Oyuncu və müğənni şəxsiyyətiylə tanınan dünyaca məşhur ulduz Selena Gomez, Pantene ilə əməkdaşlıq haqqında "Həyatım boyunca Pantene istifadə etdim və istifadə etməyə davam edirəm. Markanın Amerikadakı yeni siması olmaq mənim üçün reallaşan bir xəyaldır. Çünki Pantene, güclü və sağlam görünən saçlar yaratmağı ilə bərabər qadınları, olabiləcəklərinin ən yaxşısı olmaları istiqamətində cəsarətləndirir" şərhini verib. 2015-ci ilin Avqust ayından etibarən Selena Gomez, "Pantene"in Şimali Amerikadakı televiziya, yazılı və rəqəmsal reklamlarında, mağaza içi nümayişi, sosyal media və PR daxil bütün marketinq kampanyalarının hər addımında iştirak edəcək.


