Samsung şirkətinin istehsalı olan paneli üzvi işıq-diodlardan (OLED) ibarət 55 düymlü televizor Cənubi Koreyada satışa 2012-ci ilin ikinci yarısında təxminən 9 460 ABŞ dollarına çıxarılacaq. 55 düymlü diaqonal (140 santimetr) Samsung-un qurğusunu dünyanın iki ən iri OLED televizorundan biri edir, ikinci belə televizoru LG Electronics şirkəti buraxacaq.
LG televizorun bir qədər ucuz – 7,9 min dollar olacağı gözlənilir.
OLED televizorlar rəqibləri maye kristallardan (LCD) nisbətən daha nazik və yüngüldür, eləcə də az enerji sərf edirlər və təsviri daha dərin qara rənglə verirlər. OLED televizor həmçinin digərlərindən təsvir bucağının genişliyi ilə fərqlənir.
Qurğunun başlıca çatışmazlığı OLED ekranların istehsalının mürəkkəbliyi ilə bağlı olan qiymətinin yüksək olmasındadır. Lakin Samsung nümayəndələri ümid edirlər ki, OLED televizorlardan 2-3 ildən sonra kütləvi şəkildə istifadə olunacaq.