Dünyanın ən böyük fərdi kompyuter və 3-cü böyük plaşet istehsalçısı Lenovo, Çində keçirdiyi "Lenovo Tech World" adlı texnologiya zirvəsində yaxın vaxtlarda həyata keçirəcəyi üç yeni layihəsinin detallarını açıqlayıb. Şirkət yaxın gələcəkdə Ağıllı saatlarını bazara çıxartmağı planlaşdırır. Saat praktikliyi ilə ön plana çıxacaq. Lenovo "#5 ağıllı saat" konsepsiyası ilə istifadəçilərinə inovatif bir həll təqdim edəcək.



"#5" ilk ağıllı iki ekranlı saat olacaqdır. İkinci ekran, ilk ekranın fiziki boyundan qaynaqlanan sərhədləri ortadan qaldırır. Optik əksetmə istifadə edərək yaradılan virtual görüntü ilə istifadəçilərin virtual ekranı, "orta hesabla bir saat cihazından 20 dəfə daha böyük" görməsini təmin olunur. Beləliklə bir xəritə belə rahatlıqla tədqiq edilir, foto və videolara rahatlıqla baxmaq olur. Lenovo, Key West Konsepti ilə ağıllı telefonları daha əlverişli hala gətirərək "PC"yə yaxınlaşdırır. Key West, istifadəçilərə lazer projektoru, infraqırmızı hərəkət detektora malik olan bir ağıllı telefon təqdim edərək baxışlarını dəyişdirir. Növünün ilk nümunəsi olan bu texnologiya, yeni bir qarşılıqlı təsir dünyasının qapılarını açır: İstifadəçilər böyük virtual bir sensor ekranı masaya əks etdirərək virtual klaviatura ilə yaza və müəyyən əməliyyatları (hesab maşını, rəsm, mesaj və hətta Microsoft Powerpoint) apara biləcəklər.



Texnologiya sevərlər projektoru istifadə edərək divarlarını kino zalına çevirərək videolar izləyə, təqdimat apara, hətta Fruit Ninja kimi oyunları masa üzərində əl hərəkətləri edərək oynaya biləcəklər. Üstəlik, görüntülü danışıqlar üçün kamera görüntüsünü də divarda əks etdirə biləcəklər. "Lenovo Tech World" tədbirində Lenovonun texnologiyasının son nümunələri əyani nümayiş etdirilib. "Lenovo"nun bir başqa yeni konsepsiya də Ağıllı Ayaqqabılardır. Ayaqqabılar insanın rejiminə görə dəyişən bir ekrana malikdir. Fitness göstəricilərini təhlil edən, ürək ritmini göstərən və kalori dəyərlərini hesablayan eyni zamanda xəritə və yol təqib xüsusiyyətinə malik Ağıllı Ayaqqabılar Lenovonun IoT bulud strategiyasına fərqli bir cəhət qazandırır.