"HTC" bu ilin Çempionlar Liqası final və yarı final matçlarını xatırladan bir animasiya silsiləsi hazırladı. "HTC One M9"un təqdimatında matçlarda atılan qollar canlandırılarkən, telefonlar da futbolcularmış kimi istifadə edilib. "Vine" və "Twitter"də paylaşılan videolarda şənbə günkü finalda Neymarın Juventusa atdığı son qolun animasiyası isə olduqca böyük maraq gördü.