Apple "ABŞ"ın San-Fransisko şəhərində keçirilən "WWDC 2015" tədbirində Android istifadəçilərini yaxından maraqlandıran bir yeniliyini açıqlayıb. "Move to iOS" adlı tətbiqini təqdim edən Apple, bu applikasiya sayəsində Android istifadəçilərinin ağıllı cihazlarında olan bütün məlumatlarını wireless üzərindən "iPhone"a köçürmələrinə icazə verəcəyini bildirib.
Android istifadəçilərinin telefon kitapçasını, mesajlarını, fotoşəkillərini, e-poçt fayllarını "iPhone"a köçürmələrinə imkan verən proqramın "Apple"ın Android istifadəçilərini əhatə edən bir mübadilə proqramının müjdəçisi olduğu iddia edilir. Apple 2013 ildə bir mübadilə proqramına başlamış və Android cihazlarını "Apple Store"lara gətirən istifadəçilərin cihazlarını köhnə model iPhone ilə dəyişmələrinə icazə vermişdi.