Microsoft korporasiyası Bing internet axtarış sisteminin yenilənmiş versiyasını təqdim edərək axtarışın nəticələrinə Facebook və digər sosial şəbəkələr üzrə dostların oxşar qeydlər sütununu əlavə edib.   
Yeni dizayn çərçivəsində Bing-in səhifəsində diqqəti yayındıran elementlərin sayı azalıb və axtarışın nəticələri 3 sütuna bölünüb. Sol sütun axtarış üzrə ənənəvi nəticələri, Snapshot adlandırılan orta sütun əlavə informasiyanı, məsələn xəritədə obyektin yerini, film haqqında rəyləri, hotellərdə otaq və ya kino bileti sifarişi üçün alətləri ekrana gətirir. 
Boz rəngli sağ Sidebar sütununda istifadəçinin kontent dərc edən və ya soruşulan mövzuya dair müzakirələr aparan sosial şəbəkələr üzrə dostlarının qeydləri təsvir olunur.  Məsələn, San-Fransisko restoranlarının siyahısına dair Bing şəhərin restoran və kafelərini müzakirə edən dostların qeydlərini təsvir edəcək. Funksiyanın uğur qazanacağına ümid böyükdür. Microsoft-un məlumatına görə, məhsul və idarələrlə bağlı dostların qeydlərinə istifadəçilərin təxminən 92 faizi etibar edir, RİA Novosti yazır. 
Search Plus Your World adlı oxşar funksiya Google axtarış sistemində də var. Lakin dünyanın nəhəng axtarış sistemi yalnız istifadəçilərin öz Google+ sosial şəbəkəsində olan qeydlərini əks etdirdiyi halda Microsoft-un servisi Facebook, Google+, Twitter və digər sosial şəbəkələrin kontentini göstərir. 
İstifadəçilər yenilənmiş Bing-ə mərhələlərlə qoşulacaqlar. ABŞ-da bu, iyunun əvvəlində baş tutacaq.