"Pizza Hut"ın Hong Kong mərkəzi kino projektora çevrilən pizza qutusu istehsal edib. Ogilvy & Mather Group Hong Kong agentliyi ixtiranı patentləşdirib. Qutu, daxilinə linza quraşdırılmış xüsusi konteyner ilə hazırlanıb. Pizza qutusu romantika, elmi fantastika, aksiyon və qorxu olmaqla 4 kino üslubunda hazırlanıb. Qısametrajlı filmlərin müəyyən bir janrını seyr etmək üçün pizza alıcıları qutuda olan kodu skan etməli və mobil telefonu stendin yanına qoymalıdır. Pizza Hut hal-hazırda Hong Kong bazarında sınaq mərhələsində olan ixtiranı daha sonra bütün bazarlar üçün təqdim etməyi planlaşdırır.