"Coca Cola"nın yeni reklam kampaniyasında tanınan, klassik səsinə vurğu edilir. "JWT Braziliya""Dolby" səs texnologiyaları laboratoriyası ilə ortaq şəkildə hazırlanan reklam çarxında "Coca Cola"nın səsinin susuzluq hissini artırdığına toxunulur. Bir şəlalə kimi stəkana süzülən "Coca Cola"nın reklam çarxında markanın fərahlıq hissi ön plana çıxarılır. JWT Braziliyanın idarəçi kreatif direktoru Ricardo John reklam çarxı üçün "səsi ön plana çıxarmağımız lazım olan bu reklam çarxında səs texnologiyaları sahəsinin ən yaxşısı olan Dolby ilə birlikdə çalışmaqdan məmnunuq" deyib.