Birləşmiş Ərəb Əmrliklərindən "Khaleej Times" qəzetinin xəbərinə görə Apple bu günə qədər inşa edilən ən böyük mağazasını Avqust ayında Dubayda açmağı planlaşdırır. "Mall of the Emirates" alış-veriş mərkəzində hal-hazırda istehsal mərhələsində olduğu deyilən Apple mağazası 50 min kvadrat metrlik bir sahədə xidmət göstərəcək. Apple şirkətinin bölgədəki ikinci mağazası isə "Abu Dhabi"də hələ yeni fəaliyyətə başlayan "Yas Mall"da açılması gözlənilir. "Apple"ın "New York Grand Central"dakı 23 min kvadrat metrlik mağazası, bu gün dünyanın ən böyük "Apple" mağazası xüsusiyyətinə sahibdir.