KitKat "Have a break. Have a KitKat" (Fasilə et. KitKat ye) şüarı ilə çox insanın yaddaşına həkk olunub. Bu şüardan fərqli və yaradıcı şəkildə istifadə etmək isə "JWT London" agentliyinin yaradıcı işçilərinin ağlına gəldi. Onlar düşündülər ki, bu günümüzdə insanların nahar zamanı etdiyi fasilə tez-tez online surfing və bəzən də "YouTube"da video izləmək ilə üst-üstə düşür.
"Nestlé"yə aid olan brend İngiltərə və İrlandiyada keçirilən "YouTube Break" layihəsi üçün "Google" ilə birləşdi. İlk öncə bu ölkələrdə "fasilə" sözünün müxtəlif növlərdə yazılmış olduğu məhdud sayda 600 000 KitKat istehsal olundu. Daha sonra isə səsli komanda ilə birlikdə YouTube layihəsi təqdim olundu. Nə zaman ki, Android istifadəçisi "OK Google, YouTube my break" sözlərini tələffüz edir onun smartfonuna "KitKat"ın hər hansı bir reklam çarxı, daha sonra isə həmin günə aid dörd ən məşhur video yüklənir.